Rayon İdarələri
Nəsimi Rayon Məşğulluq Mərkəzi
Nəsimi Rayon Məşğulluq Mərkəzinin fəaliyyətinin əsasını iş axtaran və işsiz vətəndaşların qeydiyyatının aparılması, ixtisası və peşəsi olmayan iş axtaranların peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsi, iş axtaran və işsiz vətəndaşlara müvafiq arayışların verilməsi, sosial müdafiəyə daha çox ehtiyacı olan iş axtaranların kvota üzrə iş yerlərinə göndərilməsi, müəssisə və təşkilatlardan təqdim olunmuş boş iş yerləri (vakansiyalar) haqqında məlumatların toplanması və iş axtaran vətəndaşlara təklif olunması, ixtisasına uyğun münasib iş olmadıqda iş axtaranlara işsizlik müavinətinin verilməsi, iş axtaran vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə əmək yarmarkalarının keçirilməsi təşkil edir. Müəssisə 1991-ci ildə yaranmış, işçilərin sayı 19 nəfərdir.
Ünvan: Nizami küçəsi 137
Telefon: (012) 449-51-44
Rəhbərlik haqqında məlumat
Vəzifəsi |
Soyadı, adı və atasının adı |
Əlaqə telefonları |
Qəbul günləri və saatları |
Direktor |
Bənallı Pərviz Həmid oğlu |
(012) 449-51-44 |
I gün saat 1000-1300 |