Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətində “Hüquq və İnsan Haqları İnstitutu” PHŞ-i tərəfindən rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Natavan Rüstəmova, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, əməkdaşları Gülnaz Ələsgərova və Nəzrin Əliyeva iştirak ediblər.
Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Natavan Rüstəmova təlimin əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.
Sonra institutun əməkdaşı Gülnaz Ələsgərova “Vətəndaşların müraciətinə baxılması” mövzusunda, təlimçi-ekspert Nəzrin Əliyeva “Dovlət qulluğu və Korrupsiya” mövzusunda, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularında təlim keçdilər.
Təlimdə suallar müzakirə olunmuş və Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bir qrup rayon İcra Hakimiyyətinin əməkdaşlarına sertifikatlar təqdim olunub.