Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir.

26 may 2017 | 16:00

28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun tam  orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə məktəblərdə divar qəzetləri buraxılmış, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri , təqdimatlar təşkil edilir, kompozisiya və bayram tədbirləri keçirilir.
     26 may 2017-ci il tarixdə  8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil  edilmişdir. Bayram tədbirində məktəblilər  şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər.
     Tədbirdə iştirak edən  Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini  Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət  göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü – istiqlaliyyət tarixindən danışmış və  məktəbliləri  hər bir azərbaycanlının qürurla qeyd etdiyi  28 may Respublika günü münasibəti ilə təbrik etmişdirlər.

Keçidlər