Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA-nın təşəbbüsü ilə Nəsimi rayonunun Asif Məhərrəmov küçəsində yeni yaşıllıq və abalıq işləri aparılıb.

21 iyun 2017 | 16:00

Bakı şəhəri, Nəsimi rayonu, Asif  Məhərrəmov 15 ünvanında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni ağaclar əkilib.
IDEA İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan ağacəkmə aksiyası zamanı ərazidə yaşıllıqların bərpası ilə yanaşı, abadlıq işləri aparılıb, sağlam həyat tərzinin formalaşdırılması və orada məskunlaşan sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman alətlərindən ibarət kiçik meydança, o cümlədən uşaqlar üçün əyləncə qurğuları yerləşdirilərək istifadəyə verilib.
Belə ki, təkcə 2017-ci ildən etibarən  Nəsimi rayon ərazisində minlərlə şam, sərv, meyvə ağacları, 45 000-ə yaxın gül kolları əkilmişdir ki, bu da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Məktəb bağları” layihəsini əhatə edir. Prezident cənab İlham Əliyevin abadlıq və quruculuq istiqamətində həyata keçirilən siyasətinin tərkib hissəsi olaraq Nəsimi rayonunda qısa müddət ərzində yeni-yeni parkların salınması, “Abad həyət” layihəsinin həyata keçirilməsi rayonun yaşıllaşdırılması istiqamətində çox mühim işlər görülmüşdür.
Yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

Keçidlər