Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu regionun güclü ordusudur.

26 iyun 2017 | 16:00

2016-cı ilin aprelin 2-dən 5-dək  mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi və ətrafındakı yüksəkliklər,xüsusilə “Lələtəpə” yüksəkliyi  eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr endirməyə kömək etdi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şanlı Ordumuzun düşmənə layiqli cavabını qiyməyləndirərək söyləmişdir: “Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi... Biz böyük hərbi qələbəni qazandıq. Ermənistanın ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarları onlar özləridir”
Cəbhə bölgələrində Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqli cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı ölkəmizin hər yerində böyük sevinc və qürurla qarşılandı.
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındadndır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Azərbaycanın Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmlənməsində xüsusi factor kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.

Keçidlər