Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı bilik yarışlarında

19 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti idman yarışları  ilə davam edir.
Düşərgədə məktəblilər hər gün şəhər gəzintisindən sonra maraqlı intellektual oyunlar və  debatlarda iştirak edirlər.  Hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin  əyləncəli diskotekalarda istirahətlərini davam etdirirlər.

Keçidlər