Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq quruculuq işləri davam edir.

21 iyul 2017 | 16:00


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Dövlət proqramlarının icrası istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi, yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün yeni guşələr yaradılır, uzun illər baxımsız qalmış mövcud parklarda yenidənqurma işləri aparılaraq yeni skamyalar, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır, məhəllə və həyətlərdə “Abad Həyət” layihəsi cərcivəsində yaşayış binalarında əsaslı təmir işləri aparılır, eyvanları təmir edilir, qapı və pəncərələri yenilənir.
Abadlıq quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış,  M.Cəlal küçəsi 54,56, Cavadxan küçəsi 31, 64-66  və H.Seyidzadə küçəsi 1A, 2 ünvanlarında yüksəkmərtəbəli, çoxsaylı yaşayış binalarının fasadları əsaslı təmir olunaraq bloklara giriş qapıları qoyulmuş, pəncərələr yenisi ilə əvəz olunmuş, binaların eyvanları təmir edilmiş, dam örtükləri təmir olunmuşdur. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənmişdir. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha –dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə gül-çiçək  əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
Hal-hazırda 4-cü mikrorayon ərazisində yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasının əsaslı təmiri aparılır. 1968-ci ildə inşa edilmiş bağçanın ümumi torpaq sahəsi 1.5ha-dır,  3 korpuslu, iki mərtəbəli, 225 yerlikdir. Bağça  12 qrup və 9 köməkçi otaqdan ibarətdir. 12 qrupda 225 usaq tərbiyyə alır, ümumilikdə 54 nəfər işləyir. Əsaslı təmir işləri zamanı körpələr evi-uşaq bağçasında bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. Bağçanın fasadı, dam örtüyü yenidən qurulur. Bütün avadanlıqlar yenisi ilə əvəz olunur. Bağçanın həyətində yenidənqurma isləri aparılaraq hasarlar yenilənir, müasir uşaq əyləncə  qurğuları və avadanlıqları,  söhbətgahlar  qurulur. Bağçanın ərazisində digər abadlıq işləri aparılır. Nəzərdə tutulan işlərin aparılmasında müasir inşaat materiallardan istifadə edilir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə  geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış,  aparılmış yenidənqurma işlərindən sonra  istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.

Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində rayonun ərazisində yeni yol Yusif Səfərov küçəsinə paralel salınmışdır.
Layihəyə uyğun olaraq yol boyu maneələr sökülmüş, kommunikasiya xətləri  köçürülmüş, buna paralel olaraq yararsız qrunt qazılaraq çıxarılmış və karbonat materialı tökülərək yenidən kipləşdirilmiş, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilmişdir.
Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1.5 metr enində səkilər döşənmişdir.

Dövlət programına uyğun olaraq Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən  268 saylı Xüsusi məktəbdə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəb sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biridi. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu ümumilkdə 814 nəfər uşaq təhsil alır. 162 nəfər məktəbdə, 652 nəfər isə evdə təhsil alır. Onlara 246 nəfər müəllim dərs keçir.
Dövlət programına uyğun olaraq Nəsimi rayonu 28 May küçəsi 40-60, Azadlıq prospekti 14, Fikrət Əmirov küçəsi 12,13, Nizami küçəsi 99,100,102,104,105,107,109,117,119,129,131,133,135,137 və Xaqani 65 ünvanlarında yerləşən qeyri-yaşayış sahələri və yüksəkmərtəbəli, çoxsaylı yaşayış binalarının fasadları əsaslı təmir olunaraq bloklara giriş qapıları qoyulmuş, pəncərələr yenisi ilə əvəz olunmuş, binaların eyvanları təmir edilmiş, dam örtükləri təmir olunmuşdur. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənmişdir. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər