Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar” Quba rayonunun Qırmızı qəsəbəsində

20 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.  
Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar təşkil edilir.
Növbəti gəzinti Quba rayonundakı Qırmızı qəsəbəyə təşkil edildi.Məktəblilər qəsəbədə gəzdikdən sonra  “Giləki” adlı sinaqoqlada yaxından tanış oldular. Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, ölkəmiz milli kimliyindən, dini inancından asılı olmayaraq, hər kəsə qarşı göstərdiyi tolerant münasibətə görə hər zaman əmin-amanlıq diyarı olub. Vurğulandı ki, tarixin müxtəlif dövrlərində işğallara məruz qalmasına, ayrı-ayrı xalqların, mədəniyyətlərin təsiri altına düşməsinə baxmayaraq, Azərbaycan öz milli kimliyini, dini dəyərlərini və dövlətçilik ənənələrini qoruyub saxlaya bilib. Qırmizi qəsəbədə gəzinti Nəsimi məktəblilərinin marağına səbəb oldu.

Keçidlər