Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində meyvə agacları əkildi

21 oktyabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər  təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir.
   21 oktyabr 2017-ci il tarixdə  rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin həyətində   “Məktəb   bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, uşaq bağçasının həyətyanı sahəsində  müxtəlif növ meyvə ağacları əkilmişdir.Uşaq bağçasının  həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların  hazırlanmış kompozisyalarına  baxış keçirilmiş, uşaqların  ifasında şən musiqi nömrələri ifa olunmuşdur.

Keçidlər