Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir.

06 noyabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimimiyyəti tərəfindən hər zaman hərbi hissələrlə sıx əlaqəli şəkildə əməkdaşlıq edilərək ənənəvi olaraq tədbirlər təşkil edilib keçirilir. Bu tədbirlərin davamı olaraq 9 noyabr - Bayraq günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər.

Hərbi hissə komandanlığı adından korpus komandirinin şəxsi heyət lə iş üzrə müavini, polkovnil leytenant Babək Səmidli  şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Bayraq günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.

Bayram tədbirində  hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu.

Keçidlər