Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon sakinlərinin müayinəsi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında davam etdirilir

15 fevral 2018 | 16:00

Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan  ölkə  başçısının  imzaladığı  Dövlət Proqramları, sərəncam və tapşırıqlarına əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verən səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla  əlaqədar  Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.

Nəsimi rayonunda yerləşən özəl səhiyyə  müəssisələrində də Azərbaycan  Pespublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 15 fevral 2018-ci il tarixdə Nəsimi rayonunda yerləşən  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi  təşkil edilmişdir.Tibb müəssisəsində sakinlər  əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər.

Nəsimi rayon İcra hakimiyyətinin təşəbbüsü ilə səhiyyə müəssisələri arasında müvafiq işlər nəticəsində müayinə nəticələrində əməliyyata ehtiyacı olan rayon sakinlərinin əməliyyat olunması da nəzərdə tutulmuşdur. Gələcəkdə də tibbi müayinə müddətində sakinlərin özəl tibb müəssisələrində müayinə və müalicələri davam etdiriləcəkdir.

Nəsimi rayonunda əhalinin tibbi müayinəsi tədbirləri davam edir.

Keçidlər