Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Cümhuriyyət yaşlı sakinlərin tibbi müayinəsi təşkil edilmişdir

15 fevral 2018 | 16:00

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla  əlaqədar  Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli   2018-ci ilin Azərbaycan Respublikasında  “Azərbaycan  Xalq Cümhuriyyəti İli”  elan edilməsi haqqında Sərəncamının icra edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də təşkil edilib keçirilir. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən 100 yaşdan yuxarı  5 nəfər sakinə, habelə fəaliyyət qabiliyyəti məhdud olan 100 nəfərdən artıq yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.Rayonun ən qocaman sakini Süleyman Əliyev də doğüm günündə ziyarət olunaraq, ad günü münasibətilə təbrik edilmiş və həkimlər tərəfindən tibbi müayinə edilmişdir. Müayinədən keçən Süleyman Əliyev onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər