Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakı şəhərinə səfərə gəlmişlər

09 may 2018 | 16:00

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda çoxsaylı silsilə tədbirlər davam edir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri  Nəsimi rayonuna səfər etmişlər.

Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında 2015-ci ilin sentyabr ayında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanmışdır. Niyyət protokolu imzalandıqdan sonra dəfələrlə İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayonunda, Nəsimi rayonunun nüamyəndə heyəti isə İzmit şəhərində səfərdə olmuşlar.

İzmit bələdiyyəsinin nümayəndə heyəti 2017-ci ilin dekabr ayında    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günü ərəfəsində Nəsimi rayonunda keçirilən silsilə  tədbirlər çərçivəsində Akademik Milli Dram Teatrında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin, Millət vəkillərinin, digər qonaqların iştirakı ilə ümumrayon tədbirinə qatılmış, həmçinin Ulu öndərə həsr olunan rəsm sərgisində iştirak etmişlər.

2018-ci ilin fevral ayında Nəsimi rayonunun nümayəndə heyəti İzmit şəhərində səfərdə olmuş, bir sıra tədbirlərdə və açılış mərasimlərində iştirak etmişlər.

Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Nümayəndə  heyətinin üzvləri  tədbirlər çərçivəsində Sakarya  Karasu   bölgəsində “Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmiş, Kartəpə və Dərincədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev adına  Parkda  olaraq yaradılmış şəraitlə tanış olmuşlar.

May ayının  9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olmuşlar.

Ölkəmizə səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildirdilər.

Keçidlər