Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

11 may 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il may ayının 11-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov M.Qaşqay, R.Axundov,  S.Zeyalov küçələri və Azadlıq prospektini və yaxın əraziləri əhatəsində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Vəfa Həsənova, Esmira Məmmədova, Tünarə Zamanova, Rəhilə Hacıyeva, Firuz Qasımov, Həsənağa Sadıqov, Həcər Hüseynova, Elza Hacıyusifova və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yeniyetmələrin yay fəslində istirahətlərinin səmərəli təşkili,  ünvanlı sosial yardım verilməsi, pilot layihə çərçivəsində təzminat verilməsi barədə müraciətlər etdilər. Sakinlərdən Gülər Rüstəmova, Ətrabə Bədəlova, Zeynəb Hüseynova, Müqbil Abutalıbov Nəsimi rayonunda hökumətin qərarı ilə qəzalı və görkəmsiz binaların yerində yeni və yaraşıqlı binaların inşa edilməsi ilə şəhərin simasının daha da gözəlləşdiyini qeyd edərək pilot layihələr çərçivəsində mərkəz hissədə hələ də qalmaqda olan istismar müddətini keçmiş yaşayış binalarının sökülərək sakinlərin yeni binalara köçürülməsi istəyində olduqlarını bildirdilər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə o, cümlədən Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri barədə sakinlərə məlumat verən İcra Hakimiyyətinin Başçısı rayon ərazisində 70-dən çox layihələrin müzakirə olunduğunu, 32 pilot layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlərin aparıldığını, 21 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığını və bu işlərin davam etdirildiyini qeyd etmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

Keçidlər