Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş konsert keçirildi

23 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, səhiyyə və mədəniyyət  müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.

Nəsimi rayonunda  növbəti  tədbir  Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbində  keçirilmişdir. Bayram konsertində  musiqi məktəbinin istedadlı  şagirdlərinin ifasında Ü.Hacıbəylinin, Q.Qarayevin,  T.Quliyevin, T.Bakıxanovun, Niyazinin əsərləri dinlənilmiş və  tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.  

Keçidlər