Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Bizim rəqs dünyamız” konserti keçirildi

06 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.

Növbəti tədbir 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən  S.Vurğun adına Azərbaycan  Dövlət  Rus Dram Teatrında  təntənəli bayram konserti keçirildi. Mərkəzin  direktoru Lalə Qəti  bayram tədbirində qonaqları salamlayaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək  3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivini təbrik etdi  və istedadlı məktəblilərə uğurlar arzuladı.

Konsertdə milli, nağıl qəhrəmanları, müasir  və dünya xalqlarının rəqsləri nümayiş olundu. Rəqs qruplarının ifa etdiyi “Odlar yurdu”, “Çobanlar”, “Yelpənəklər”, “Aşbazlar” kimi süjetli rəqslər, “Koreya”, “Gürcü”, “İspan”, “Şərq”  kimi bir-birindən baxımlı rəqslər öz gözəlliyi  və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə  iştirak edən bütün iştirakçılar diplomlarla təltif olundu.

Keçidlər