Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

08 iyun 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılır.

Nəsimi rayonu S.Poladi adina 159 N-li tam orta məktəbdə  Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə  dövlətin atributlarından, dövlətçilik rəmzləri barədə məktəblilərə ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan  Respublikasının Dövlət Bayrağı dövlətin  suverenliyinin rəmzidir, qürur mənbəyidir.

Tədbirdə “Ümummilli lider Heydər Əliyev ordu haqqında”  video çarxı nümayiş olundu və  159 saylı tam orta məktəbin  şagirdləri Bayrağa “Sədaqət” Andı içdilər.

Tədbir məktəb şagirdlərinin ifasında hazırlanmış konsert proqramı - mahnı, şeir və rəqs parçaları ilə davam etdi.

Keçidlər