Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

12 iyun 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2018-ci il iyun  ayının 12-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 17 ünvanda yerləşən həyətdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Rəşid Məmmədov küçəsi 15, 17, 19, 23  ünvanda, Asif Məhərrəmov küçəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Əzimova Arzu, Məmmədov Cavad, Qarayev Eldost, Həsənova Mehbarə, İsmixanov İsrail və digərləri bir sıra məsələlərlə ilə bağlı,  o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, həyətlərdəki yaşlı hündür ağacların budanması, “Abad həyət” layihələri çərçivəsində qonşu həyətlərdə də abadlıq işlərinin aparılması, bayram ərəfəsində yardımların göstərilməsi barədə müraciətlər etdilər. Yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən hər il keçirilən tədbirlərin bu il də davam etdirilməsi istəyini bildirən Qəmbər Məmmədov Nəsimi rayonunda bu sahədə gənclərin və yeniyetmələrin sağlam inkişafı üçün gözəl ənənənin yarandığını bildirdi. Məskunlaşdğı mənzildən köçürülərək Bakı şəhərində yeni mənzil ilə təmin olunması istəyində olan məcburi köçkün Çiçək Rüstəmova  məcburi köçkünlərə yetirilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə RİH başçısı məlumat verdi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Yekunda, başçı sakinləri qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü, Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırdı.

Keçidlər