Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

24 avqust 2018 | 16:00

 

Hörmətli Mehriban xanım!

Sizi – XXI əsrin xoş məramlar elçisinə çevrilən, nəcibliyi, xeyirxahlığı, mərhəməti ilə milyonların sevgisini qazanan, siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən ictimai-siyasi dövlət xadimini Ad gününüz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından  səmimi-qəlbdən  təbrik  edirik.

Hörmətli Mehriban xanım!

Humanizm, işgüzarlıq, qayğıkeşlik kimi ali keyfiyyətlər üzərində qurulan ictimai-siyasi fəaliyyətiniz Sizin gerçək vətəndaşlıq mövqeyində dayanmağınızın, nümunəvi vətənpərvərliyinizin ən bariz sübutudur.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindənsiniz. Siz istər ictimai, istərsə də siyasi fəaliyyətinizdə daim Ulu öndərin amallarını yaşadır və təbliğ edirsiniz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələr verərək milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin orunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləriniz vardır. Sizin rəhbərliyiniz altında reallaşan çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilərək, kompleks xarakter daşımaqla, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənibdir.

Hörmətli Mehriban xanım!

Sizin Azərbaycan naminə fədakar və yorulmaz fəaliyyətiniz təkcə bunlarla məhdudlaşmır, kifayətlənmir. Siz daim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması axtarışındasınız, bu işdə əsl fədakarlıq, əsl vətəndaslıq nümunəsi sərgiləyirsiniz.

Sizin əməlləriniz bəşəridir, bəşəriyyətin xəzinəsidir. Sizin istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyünüz işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, beynəlxalq miqyasda da daim yüksək ehtiramla qarşılanıbdır. Siz görkəmli fəaliyyətiniz ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıbsınız.

Hörmətli Mehriban xanım!

Siz, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsisiniz. Uzun illərdən bəri yerinə yetirdiyiniz, şərəflə daşıdığınız missiya bunu qətiyyətlə və birmənalı şəkildə söyləmək üçün tam əsas verir. Harada xeyirxah, işıqlı əməllər, fəaliyyətlər varsa, orada Mehriban xanım Əliyevanın adı, soyadı və imzası vardır. Bu gün Azərbaycan qadını Mehriban xanım Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. 

Sizin layiq görüldüyünüz nüfuzlu beynəlxalq mükafatlar və fəxri titullar geniş və səmərəli fəaliyyətinizin beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu və yüksək dəyərləndirildiyini bir daha təsdiqləməklə yanaşı, Sizin beynəlxalq nüfuzunun bariz təcəssümüdür. 

 

Hörmətli Mehriban xanım!

Bir daha Sizi – mükəmməl şəxsiyyəti, xalqımızın maraqları, mənafeyi, inkişafı üçün çalışan, dövlətimizin möhkəmliyinin, müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin olunması üçün müstəsna xidmətlər göstərən görkəmli dövlət xadimini - Ad gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyur, uca Tanrıdan Sizə tükənməz səadət, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə möhtəşəm fəaliyyətinizdə uğurlar diləyirik.

 Dərin hörmət və ehtiramla, 

Nəsimi rayon ictimaiyyəti adından
      İcra Hakimiyyətinin başçısı Asif Əsgərov

 

Keçidlər