Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda tütün tüstüsünün və siqaret çəkmənin zərərli təsirləri mövzusunda maarifləndirici seminar keçirilmişdir

23 oktyabr 2018 | 16:00

“Azərbaycan Respublikası Prezidentinin 05.07.2018-ci il tarixli 161 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.08.2018-ci il tarixli 58 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Tədbirlər Planı təsdiq edilmiş və icrası ilə bağlı 19.10.2018-ci il tarixdə Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə tütün tüstüsünün və siqaret çəkmənin zərərli təsirləri mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı, 44 nömrəli orta məktəbin direktoru Leyla Baxşıyeva və rayon məktəbliləri iştirak etmişlər.

İclası giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bu kimi vərdişlərin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğunu, həmçinin  dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulamışdır.

Nəsimi rayon   Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı  tütün tüstüsünün və siqaret çəkmənin zərərli təsirləri mövzusunda şagirdlərə bunların insan orqanizminə ciddi ziyan vurduğu barədə ətraflı maarifləndirici məlumat verdi.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.

Keçidlər