Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində xeyriyyə yarmarkası keçirilmişdir

03 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə  ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə Nəsimi rayonunda da silsilə tədbirlər təşkil edilib keçirilir.

Növbəti tədbir 3 noyabr 2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə  23 nömrəli tam orta məktəbin  müəllim və şagird kollektivinin iştirakı ilə Zabitlər parkında xeyriyyə yarmarkası təşkil etmişdir. Xeyriyyə yarmarkasında ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara və Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonu 69 nömrəli tam orta məktəbin şagirdlərinə yardım etmək məqsədilə keçirilmişdir.

Keçidlər