Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirakı başa çatdı

17 noyabr 2018 | 16:00

17 noyabr 2018-ci il tarixdə  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşən Nəsimi məktəblilərinin səfəri uğurla başa çatdı. Tur aksiya zamanı  şagirdlər Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində olmuşlar. Daha sonra tur-aksiya iştirakçılarının böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbəsinə, Qədim Qala divarlarına, Gəncə tarix diyarşünaslıq muzeyini, “İmamzadə” kompleksinə, Cömərdi Qəssab Türbəsinə, Nizami Gəncəvi adına Mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Gəncə Dövlət Filarmoniyasına, Göygöl rayonunda Heydər Əliyev mərkəzinə, Bayraq muzeyinə və meydanına, Gənclər Mərkəzinə, Alman kirxasına, Tarix-diyarşünaslıq muzeyinə, Şəmkir şəhərində  Heydər Əliyev mərkəzinə, Bayraq muzeyinə, Gənclər Mərkəzinə, Abidələr parkına, Alman kilsəsinə, “İstiqlal” parkına  ekskursiyası təşkil olunub. 

 

Keçidlər