Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli qonaqlar 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak etmişlər

21 yanvar 2019 | 16:00

Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının Bakıda səfərdə olan  nümayəndə heyəti Nəsimi rayonu 23 nömrəli tam orta məktəbdə olaraq 20 Yanvar hadisələrinə həsr olunmuş  tədbirdə iştirak etmişlər. Qonaqlar məktəbdə  faciə ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuş,  20 Yanvar hadisələrinə, həmçinin müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirləri dinləmiş, məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyaya baxmışlar. Tədbirin sonunda məktəblilər tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu. Tədbirdən sonra Türkiyə nümayəndə  heyəti Şəhidlər Xiyabanını və Bakı  Türk şəhidliyini abidəsini ziyarət ediblər.     

Daha sonra səfər proqramı çərçivəsində qonaqlar Asan Radioda olarkən onlara bildirildi ki, 2015-ci ildən fəaliyyətə başlayan  ASAN Radionun yaradılmasında məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsidir.

Keçidlər