Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini dinləmişdir.

15 fevral 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlərdən Ramazanov Arif, Mirzəzadə Dilbər, Vəliyeva Nanə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binaların damında yerləşdirilmiş su çənlərinin yığışdırılması, sahibsiz heyvanların yaratdıqları problemlər, 1-ci mikrirayon və Alatava ərazisinin yenidənqurulması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə başçı müvafiq tapşırıqlar vermiş, həmçinin əvvəlki qəbullarda qaldırılmış məsələlərə baxılmasının vəziyyəti ilə maraqlanmışdır.

Keçidlər