Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

26 fevral 2019 | 16:00

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunur.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, «Ana harayı» abidəsinə  ziyarəti təşkil edilir.

Faciənin ildönümü ərəfəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Orqan konserti təşkil edilmişdir. Konsertdə        R.Ramazanovun “And”, Q.Qarayevin  “Laylay”, A.Sandvollun “İntroduksiya və passakalya”, C.Perqolezinin “Stabat Mater”(“Hüzünlü ana”) əsərləri səsləndirilmişdir.

Keçidlər