Şriftin ölçüsü :

Saytın rəngi :

Səfir Mixail Boçarnikov Nəsimi rayon İcra Hakimiyyətində

27 fevral 2019 | 16:00

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Boçarnikov ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Rusiya dövlətləri arasında  olan dostluq əlaqələrinin möhkəmliyini vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirərək bildirmişdir ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla dəvam etdirilir. Vurğulanmışdır ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil respublikamız Rusiya Federasiyası ilə əlaqələrə böyük əhəmiyyət verir. A.Əsgərov çıxışına davam edərək qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri Respublikamızda rus dilinin qorunub saxlanması və inkişafıdır. Rus dili bu günə qədər Azərbaycanda öz mövqeyini itirməmişdir. Tədrisin Rus dilində aparıldığı təhsil müəssisələrinin və bu məktəblərdə təhsil alanların sayı buna əyani sübutdur.

Səfir Mixail Boçarnikov bildirmişdir ki, iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. 2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasətini uğurla davam etdirməsi ilə Rusiya-Azərbaycan münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə Azərbaycan Prezidentinin Rusiyaya rəsmi və işgüzar səfərləri, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin bir nece dəfə Azərbaycana yüksək səviyyəli səfərləri Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin bariz nümunəsidir. Sonra Səfir  Azərbaycan və Rusiya dövlətləri arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və gücləndirilməsi  üçün  həyata keçirilən tədbirlərdən danışmış və bildirmişdir ki, gələcəkdə də qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün bir diplomat kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Görüş zamanı Asif Əsgərov son illər Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin rəhbərliyi altında respublikamızda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən layihələr barədə məlumat vermiş, diplomata gələcək fəaliyətində uğurlar arzulamışdır.

 

Keçidlər