Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 5 - mart Bədən tərbiyəsi və İdman Günü qeyd edildi

05 mart 2019 | 16:00

Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır.  Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin  səyləri nəticəsində idman sahəsi də tərəqqiyə qədəm qoymuşdur. Genişmiqyaslı islahatlar həyata keçirilmiş, idmanın inkişafına diqqət və qayğı artırılmışdır. Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixli Fərman imzalanmışdır. 28 dekabr 1998-ci il tarixli Fərman ilə qüvvəyə minmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununda bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasında dövlət siyasətinin prinsipləri müəyyən edilmişdir. 

Ümummilli lider Heydər Əliyevin  gənclər və idman siyasətini uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 4 mart 2005-ci il tarixli Fərmanına uyğun olaraq hər il martın 5-i ölkəmizdə  “Bədən tərbiyəsi və İdman Günü” kimi qeyd edilir.

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir.  Ölkəmizdə Bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülmüş işlər deməyə əsas verir ki,  bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

5 - mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə Nəsimi rayonunda ali təhsil müəssisələrinin voleybol komandaları arasında turnir keçirilmişdir. Turnirdə 5 voleybol komandasını 60 nəfər tələbə təmsil etmişdir. Yarışda Azərbaycan Tibb Universitetinin tələbələri 1-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 2-ci,  Azərbaycan Dillər Universitetinin tələbələri isə 3-cü yeri tutmuşlar.

Tədbirin sonunda qalib komandaların  idmançılarına  diplom, medal və kubok təqdim olunmuşdur.

Keçidlər