Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil edilib

08 aprel 2019 | 16:00

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda sisilə tədbirlər keçirilib. 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə keçirilən ağacəkmə kompaniyası başa çatdıqdan sonra rayonun Səməd Vurğun küçəsi ilə Vaqif  prospektinin kəsişməsində yerləşən parkda konsert proqramı keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Tədbirdə rayonun 200-dən artıq  orta məktəb şagirdləri və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirildi. Fləşmob gənclərin, məktəblilərin və  parkda istirahət edənlərin böyük marağına səbəb oldu.

Sonra rəngarəng şarlar havaya buraxıldı. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən  2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun” tortu iştirakçıların alqış sədaları altında tədbirin ən yaşlı və ən gənc iştirakçısı tərəfindən kəsildi.

 Rayon sakinləri  10 milyonuncu sakinin şərəfinə keçirilən atəşfəşanlığa maraqla tamaşa etdilər.

 

Keçidlər