Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon 240 nömrəli tam orta məktəbdə “Qəhrəmanlarimiz qürurumuzdur” adli tədbir keçirildi

22 aprel 2019 | 16:00
17 aprel tarixində Nəsimi rayon 240 nömrəli tam orta məktəbdə “Qəhrəmanlarımız qürurumuzdur” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Azər Quliyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mirzə Quliyev və Zabit Quliyev iştirak edirdilər.
Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verildi, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Milli Qəhrəmanlar isə çıxışlarında məktəblilərlə Vətən sevgisini yaddaqalan döyüş xatirələri ilə bildirdilər.
  Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndi, şeirlər söyləndi, rəqslər nümayiş etdirildi. Tədbirin sonunda şəadətli Azərbaycan zabitləri ilə xatirə şəkilləri çəkdirildi.
Keçidlər