Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinləmişdir

24 aprel 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik göstərilməsi, həyətlərdə dolaşan sahibsiz heyvanlarla bağlı tədbirlərin görülməsi, iş ilə təmin olunma, aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata görülən işlər barədə  sakinlərə məlumat vermişdir.

Keçidlər