Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmişdir

04 may 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Məmiyev Nurəddin,  Qəhrəmanov Məhiyəddin, Süleymanova Günel, Mövsümov Rüfət və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, məşğulluq və yaşadıqları məhəllənin pilot layihəyə salınmasına köməklik,  məcburi köçkünlər barədə müraciətlər etmişlər.  Sakinlərdən İslamova Zümrüd Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönələn ardıcıl Sərəncam və Fərmanlarının əhəmiyyətini qeyd edərək sakinlər adından minnətdarlıq və razılığını bildirmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri xüsusi vurğulayaraq, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Keçidlər