Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 23 nömrəli tam orta məktəbdə Füzulinin 525 illik yubileyi qeyd olunmuşdur.

10 may 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nəsimi rayon orta məktəblərində silsilə tədbirlər davam edir. Bu Fərman çərçivəsində 23 nömrəli tam orta məktəbin şagirdləri dahi şair Füzulinin 525 illik yubileyinə həsr olunmuş "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar. Tədbirdə Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak etmişlər.

Keçidlər