Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir

01 avqust 2019 | 16:00

Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və  yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Mehdiabad  qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”ndə  təşkil edilən tədbirə uşaqlar  onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlmişlər. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilər   iştirak etmişdir.

“Omar Atçılıq Mərkəzi”ndə uşaqlar buradakı heyvanlar, xüsusilə atlarla yaxından tanış olmuş və ətraflı məlumatlar almışlar. Daha sonra uşaqlar qayıqlarla göl gəzintisində iştirak etmiş, Mərkəzin ərazisindəki müxtəlif oyun qurğularında əylənmişlər. Tədbir zamanı  uşaqlar arasında  müxtəlif maraqlı oyunlar təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət ediblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.

Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər