Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhalinin siyahıyaalınmasının icra vəziyyətinə dair iclas keçirilib

10 oktyabr 2019 | 16:00

09 oktyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasının icra vəziyyətinə dair iclas keçirilib. Tədbirdə, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini,  əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Anar Tağıyev , komissiyanın üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir    müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısının  müavini Anar Tağıyev ölkəmizdə 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun həyata keçirildiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradıldığını və komissiyanın yaradılmasında məqsəd rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında, mütəşəkkil yerinə yetirilməsi, qarşıya  çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasının təmin edilməsi olduğunu bildirib. Respublikada olduğu kimi, rayonda da həyata keçirilən əhalinin siyahıyaalınması rayon üzrə əhalinin sayı və tərkibi, o cümlədən iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair səlis informasiyaların əldə olunmasına imkan verəcəkdir.

Keçidlər