Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir bölgəsində

15 noyabr 2019 | 16:00

13-16 noyabr 2019-cu il tarixdə  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşən Nəsimi məktəblilərinin səfəri uğurla davam edir. Tur aksiya çərçivəsində  şagirdlər Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində olmuşlar. Daha sonra tur-aksiya iştirakçılarının böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbəsinə, Qədim Qala divarlarına, Gəncə tarix diyarşünaslıq muzeyini, “İmamzadə” kompleksinə, Cömərdi Qəssab Türbəsinə, Nizami Gəncəvi adına Mərkəzə, Göygöl rayonunda Heydər Əliyev mərkəzinə, Alman kirxasına, Göygöl milli parkına, Şəmkir şəhərində  Heydər Əliyev mərkəzinə, Bayraq muzeyinə, Gənclər Mərkəzinə, Abidələr parkına, Alman kilsəsinə, “İstiqlal” parkına  ekskursiyası təşkil olunub.

Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşən Nəsimi məktəblilər səyahəti həmişə xatırlacaqlarını diqqətə çatdıran məktəblilər tur-aksiyanın onlarda zəngin təəssürat yaratdığını bildiriblər.

 

Keçidlər