Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbulların keçirilməsi diqqət mərkəzindədir.

27 noyabr 2019 | 16:00

Möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli üçün lazımi tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Rayonda 2019-cu ilin noyabr ayının keçən dövrü  ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 700-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər