Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda dezinfeksiya işləri davam etdirilir

07 iyun 2020 | 16:00

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə dezinfeksiya işləri davam etdirilir. 
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.

Keçidlər