Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda rayon məktəbliləri arasında onlayn müsabiqəyə start verilib.

07 avqust 2020 | 16:00

Yay tətili günlərində asudə vaxtların səmərəli təşkili üçün rayon məktəbliləri arasında rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə onlayn müsabiqə elan olunmuş və rayon məktəblərinin pedaqoji kollektivləri və məktəblilər müsabiqə şərtləri ilə tanış olmuşlar. Müsabiqənin şərtlərinə uyğun olaraq rəsm, rəqs, şeir, mahnı və bilik nominasiyaları üzrə I-III yerlərin qalibləri müəyyənləşdiriləcək və onlar rayon İcra Hakimiyyətinin fəxri fərmanları və diplomları ilə təltif ediləcəklər. Artıq bu günlərdə şeir nominasiyasi üzrə iştirakçılar onlayn dinlənilərək qaliblər müəyyənləşdirilmişdir.

Növbəti günlərdə digər nominasiyalar üzrə iştirakçıların onlayn iştirakı təmin ediləcək və qaliblər müəyyənləşdiriləcək. Bütün nominasiyalar üzrə qaliblər müəyyənləşdirildikdən sonra onların mükafatlandırılması üçün yekun tədbir keçiriləcəkdir.

Keçidlər