Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

27 avqust 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda  ( “Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.  

Görülmüş işlər çərçiivəsində  Moskva prospekti 96 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələrinin fasadları təmir olunaraq pilləkənlər və istinad divarları  əsaslı təmir edilmiş, 300 kv.m sahəyə səki daşı döşənmişdir.Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır.

Moskva prospekti 46 saylı binanın birinci mərtıbəsində yerləşən obyektlərin görünüşə xələl gətirən reklamları sökülərək yenilənməsi işləri aparılır, məişət tullantıllarının müvəqqəti toplanması üçün müasir tələblərə uyğun zibil meydançalarının  əsaslı təmir işləri  davam etdirilir.

Keçidlər