Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

11 sentyabr 2020 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda C.Məmmədquluzadə küçəsində, o cümlədən inşaası davam etdirilən yeni metro stansiyasının ətrafında aparılan abadlıq-quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinin gedişatı  ilə əlaqədar   Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd olunan ərazidə olmuş və işlərin icrası ilə bağlı müvafiq tövsiyyələr verilmişdir.

Keçidlər