Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Azərbaycan Ordusu kəndlərimizi işğaldan azad edir. Qarabağ Azərbaycandır!

28 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şanlı Ordumuz tərəfindən Zəngilan rayonunun  Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndlərinin, Füzuli rayonunun Mandılı kəndinin, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndlərinin, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndlərinin işğaldan azad ediildiyini bildirib.

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Azərbaycan Ordusunun zəfər yürüşləri hər bir azərbaycanlının qəlbini dağa döndərir.

 Bütün cəbhəboyu istiqamətlərdə düşmən məğlubiyyətə uğrayır və belə olan halda öz heyifini, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Namərd düşmən  bu günlərdə öz vəhşi xislətini daha quduz formada nümayiş etdirir. yaşayış məntəqələrimizi,evlərimizi, məktəblərimizi nişan alır.  Xocalı soyqırımını törədənlər bu gün növbəti dəfə əclafcasına Bərdə şəhərini qadağan olunmuş silahlardan atəşə tutmuşdur. Azərbaycanın mülki əhalisi arasında həlak olanlar var. Ancaq düşmənin namərdliyi yerli sakinlərin gözünü qorxutmur. Hər kəs öz evində, öz yurdunda möhkəm dayanıb.

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını uğurla davam etdirir. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

Keçidlər