Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Ordumuz torpaqlarımızın işğaldan azad edilməsini davam etdirir. Qarabağ Azərbaycandır !

09 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli kəndlərinin işğaldan azad edildiyini bəyan etmişdir.

Azərbaycan Ordusu hazırda cəbhədə bir-birinin ardınca möhtəşəm uğurlar əldə edir, döyüş şücaəti göstərir, xalqı­mızın illərdən bəri həsrətlə gözlədiyi Böyük Qələbə salnaməsinin şan­lı səhifələrini yazır. Bu gün hər bir vətəndaşımızda ruh yüksəkliyi var, hamı orduya inam, qələbəyə əminlik hissi ilə yaşayır. İnsanlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tezliklə erməni qəsbkarlarını doğma torpaqlarımızdan qovacağına, Azərbaycan xalqına qələbə sevinci yaşadacağına ürəkdən inanır.

Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur, işğalçıya layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır.

 Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır !

 

Keçidlər