Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın onlayn ilk iclası keçirildi.

18 dekabr 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi.  İclası giriş sözü ilə açan sədr  Elnur Rəhimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə  göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş  cəmiyyəti institutlarının fəaliyyəti genişlənib.

QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı  prosesinin iştirakçısına çevriliblər. Qeyd edək ki, Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “ Açıq hökumətin təşviqinə dair 2016-2018 –ci illər üçün  Milli Fəaliyyət planı”  nda da ictimai iştirakçılıqla bağlı yeni vəzifələr qoyulub.

Çıxış edən sədr müavini Aslanlı Emil qeyd etdi ki, şuranın fəaliyyəti dövründə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq ediləcəyini , İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndiriləcəyini qeyd etdi. O , İctimai Şuranın üzvlərinə ictimaiət arasında  səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması , dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində  uğurlar arzulayıb.

Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Çıxış edən Şura üzvləri İctimai Şuranın fəaliyyətinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər. 

Keçidlər