Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

02 fevral 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.

         Həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yaşayan Şəhid ailələrinin yaşadıqları binaların əsaslı təmir edilərək yenidən qurulması, həyətlərinin abadlaşdırılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Hal-hazırda Şəhid Abdullayev İbrahim Habil oğlunun yaşadığı Moskva prospekti 80 saylı və Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı ünvanlarda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir, binaların fasadlarında əsaslı təmir işləri aparılır, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunur, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətlərində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Binaların həyətlərində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, yeni asvalt örtüyünün vurulması və bardürlərin quraşdırılması həyata keçiriləcəkdir.

         İşlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar RİH başçısı və rayon İcra Hakimiyyətinin nümayəndələri qeyd olunan ünvanlarda olaraq Şəhid ailələri ilə görüşmüş, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar vermişdir. Başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

          RİH tərəfindən hazırlanmış  tədbirlər planına uyğun olaraq rayon ərazisində əsaslı təmirə ehtiyacı olan binalarda yaşayan digər Şəhid ailələrinin də yaşadıqları ünvanlarda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

 

 

Keçidlər