Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Şəhid ailələrinin yaşadıqları binalarda abadlıq və quruculuq işləri davam edir.

08 fevral 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yaşayan Şəhid ailələrinin yaşadıqları binaların əsaslı təmir edilərək yenidən qurulması, həyətlərinin abadlaşdırılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Hal-hazırda Şəhid Baş Leytenant Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı, Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı ünvanlarında RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir, binaların fasadlarında əsaslı təmir işləri aparılır, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunur, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətlərində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Binaların həyətlərində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, yeni asvalt örtüyünün vurulması və bardürlərin quraşdırılması həyata keçirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar RİH başçısı və rayon İcra Hakimiyyətinin nümayəndələri qeyd olunan ünvanlarda olaraq başlanılmış abadlıq-quruculuq işlərilə tanış olmuşdur.

Keçidlər