Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

11 fevral 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi, sanitar təmizlik işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi RİH başçısı rayonun mikrorayon ərazilərində , o cümlədən H.Seyidzadə və 20 Yanvar küçələrində başlanılmış abadlıq işlərinin gedişatı ilə tanış olmuş, həmin ərazidə yaşayan vətəndaşları dinləyərək qaldırdıqları məsələlərin operativ həlli və işlərin keyfiyyətlə həyata keçirilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər