Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərin vaksinasiyası davam etdirilir.

16 fevral 2021 | 16:00

Müasir dünyanı bürümüş koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızın hər  bir yerində olduğu kimi Nəsimi rayonunda da, bu virusa qarşı həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.

Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq 65 və yuxarı yaş qruplar arasında davam etdirilməkdədir.

Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargah üzvləri tərəfindən internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görülür.

Koronovirus  (COVID-19) infeksiyasının yayılmasının qarşısınınalınması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın üzvləri yerlərdə olaraq 65 və yuxarı yaş qrup sakinlərlə görüşlər keçirir və onlarla vaksinləşmə ilə əlaqədar lazımi izahat xarakterli marifləndirici söhbətlər aparılır.

 

Keçidlər