Şriftin ölçüsü :

Saytın rəngi :

Havaların kəskin dəyişməsi ilə əlaqədar Nəsimi rayonunda operativ tədbirlər həyata keçirilir.

24 fevral 2021 | 16:00

Fevral ayını 23-ü axşamdan 25-i səhərədək Bakıda və Abşeron yarmadasında havanın kəskin dəyişəcəyi haqqında xəbərdarlıqla  əlaqədar rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın üzvləri məlumatlandırılmış, idarə-müəssə və təşkilatlarda məsul növbətçilər müəyyənləşdirilmiş,ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmaları üçün müvafiq tapşırıqlar verilmişdir.

Əvvəlcədən müəyyən edilmiş yolların və səkilərin qardan vaxtında və operativ təmizlənməsi üçün təhkim olunmuş cavabdeh təşkilatlar məlumatlandırılmış, rayon MKTB-nin tabeliyində olan texnikalar hazır vəziyyətə gətirilərək inventar, qum və duz tədarükləri görülmüş, işçılər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunmuşdur

Görülmüş tədbirlər nəticəsində rayon ərazisindəki yollar və səkilərin qardan təmizlənməsi işlərinə başlanılmış, hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

\

 

 

 

 

Keçidlər