Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına başlanılması ilə əlaqədar hazırlıq işləri yekunlaşmaq üzrədir.

18 mart 2021 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtımızın Nəsimi rayonunda da start verilib.

Bununla əlaqədar rayon ərazisindəki 373 ədəd konteyner meydançaları müasir tələblər səviyyəsinə gətirilmiş, hər bir məhəllədə məişət tullantılarının atıldığı meydançalarda yaşıl və narıncı rəngdə yeni konteynerlərin yerləşdirilməsi nəzədə tutulmuşdur.Qarışıq tullantılar üçün nəzərdə tutulan yaşıl konteynerlərin məhəllələrdəki meydançalarda yerləşdirilməsi artıq təmin edilmiş, kağız,karton, şüşə, metal və plastik tullantıların çeşidlənərək atılması üçün nəzərdə tutulan narıncı rəngdə olan konteynerlər isə aper ayının 1-də meydançalara yerləşdiriləcəkdir.

Rayon sakinlərinin marifləndirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə və təsərüffat xidmətlərinin işçiləri, gənclər və könüllülər sakinlərlə görüşlər keçirir, müvafiq qurumların əməkdaşları və könüllülər mənzillərə yaşıl və narınci rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici postellər yapışdırırlar.

Layihənin həyata keçirilməsi ilə əlaqədar rayonda başlanılmış hazırlıq işləri yekunlaşmaq üzrədir.

Keçidlər