Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərə Gedən Yol

02 aprel 2021 | 16:00

Azərbaycanın Vətən Müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız  işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən unikal hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli və cəsarətli Azərbaycan Ordusu, ən nəhayət xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

Yaxın tariximizə nəzər salsaq görərik ki, Bu tarixi zəfərin ilk sədaları hələ 2016-cı ilin aprel ayından duyulurdu. Şanlı tariximizə “ Aprel müharibəsi “ və ya  “ 4 günlük müharibə “ adı ilə düşən döyuş əməliyyatları Müzəffər Azərbaycan ordusunun Erməni hərbi birləşmələri üzərinə qazanılan ən parlaq  zəfərlərindəndir.

Beləki  2016-ci il aprelin 1 -dən 2-nə keçən gecə Erməni həbri birləşmələrinin təxribat əməliyyatı uğurla dəf olunmuş və ürəyi Vətən torpaqlarının həsrəti ilə döyünən cəsur Azərbaycan əsgəri Ali Baş Komandanın  əks hücum əmri ilə doğma vətən torpaqlarının azadlığı uğrunda gözünü belə qırpmadan hücüma keçmişdir.

Bu döyüşlər 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra baş vermiş ən böyük hərbi əməliyyat və ən şiddətli döyüşlər idi.Qisa bir müddət ərzində Azərbaycan ordusu Erməni hərbi birləşməlləri üzərində əzici bir üstünlüyə sahib olduğunu sübut etdi.

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Rəşadətli Azərbaycan əsgəri öz canı və qanı bahasına 2000 hektara yaxın vətən torpağı işğaldan azad etdi.  Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Qısa müddət ərzində əldə olunmuş bu  nəticələr Azərbaycan ordusunun yüksək döyuş hazırlığı və döyuş taktikasına sahib olduğunu ən muasir silah və hərbi texnologiyalara malik olduğunu bütün dünyaya sübut etdi.

Butun bunlar tarixi zəfərin sədalarının bizdən uzaq çox uzaq olmadığını göstərdi.

Cənab Ali Baş komandanın o günlərdə dediyi kimi :

 “Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”

Belədə oldu. “Aprel Müharibəsi”-dən cəmi 4 il sonra Mətanətli Azərbaycan ordusu “Vətən müharibəsi” də qələbə qazanaraq  tarixində  yeni bir səhifə acdı  və  yeni  reallıqlar yaratdı!

 

Keçidlər